hemle

Misirli jurnalistlər Qarabağa səfərlərindən yazdı

Tarix:29-07-2021, 18:17
Baxış Sayı:290

Misirin “Əl Ğərar Əl Ərəbi” və “Əl Məsiy Əxbar Əl Yom” informasiya portallarında Ağdama səfər etmiş jurnalistlər Bedcət əl-Vəkil və Ayman Amerin işğaldan azad olunmuş Qarabağda aparılan bərpa-quruculuq işləri, həmçinin ermənilərin viran qoyduğu və təhqir etdiyi məscidlər haqqında məqalələri dərc edilib.

Bedcət əl-Vəkilin müəllifi olduğu məqalədə Ağdamda mövcud olmuş və dünyada təkcə Böyük Britaniyada analoqu olan Çörək muzeyi, 1868-ci ildə tikilmiş Cümə məscidinin erməni işğalçıları tərəfindən dağıdılması barədə məlumat verilir. Müəllif qeyd edir ki, may ayında bu şəhərə səfər edən Azərbaycan Prezidenti İlham Əliyev bütün tarixi və dini abidələrin, məscidlərin əvvəlki görkəmində bərpa olunacağını bəyan edib. Bu bölgədə “ağıllı kənd” salınacaq, habelə 44 kilometrlik yeni Bərdə-Ağdam yolu istifadəyə veriləcək.

“Prezident İlham Əliyev: Ermənistanla hərbi münaqişə başa çatıb və rekonstruksiya işlərinə başlanılır” sərlövhəli digər məqalədə Azərbaycanın dövlət başçısının Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə keçirdiyi mətbuat konfransında Azərbaycanın Ermənistanla xroniki münaqişəyə son qoyması və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməsi barədə sözləri sitat gətirilib. Müəllif diqqətə çatdırıb ki, Prezident İlham Əliyev regionda sülhün bərqərar olmasına çağırıb. Şarl Mişel, öz növbəsində, Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında möhkəm sülhün təmin olunmasında pozitiv rol oynamağa hazır olduğunu bəyan edib.

Məqalədə ermənilərin dağıtdığı Yuxarı Gövhərağa məscidi və başqa tarixi-dini abidələr haqqında ətraflı məlumat verilib. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Qarabağın incisi Şuşa şəhəri tezliklə Azərbaycanın və İslam aləminin ən mühüm mədəniyyət mərkəzlərindən birinə çevriləcək.

Misirli jurnalistlər Qarabağa səfərlərindən yazdı

Digər xəbərlər
10:07 Üç il əvvəl danışıqları bu iki ölkə pozub: Kiyev sülh şansını itirib - Şok iddia
09:13 Baku Piano Festival 2025 gəlir
09:04 Kart oğurluğu “OFFLINE”da olur! - XƏBƏRDARLIQ
08:49 Uşaqlara verilməməsi tövsiyə olunan qidalar – Valideynlərə mühüm xəbərdarlıq
08:34 Məşhur şirkətin makaronları satışdan yığışdırıldı: tərkibində görün nə tapıldı
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq