hemle

"Müsəlman ölkələri Rusiyanın dəstəyinə arxalana bilər" - Putin

Tarix:28-07-2021, 18:25
Baxış Sayı:314

"Müsəlman ölkələri regional böhranların həll olunmasında və terrorizm ilə mübarizədə Rusiyanın köməyinə arxalana bilər".

Bu barədə Rusiya Prezidenti Vladimir Putin "Rusiya - İslam dünyası" XII Beynəlxalq İqtisadi Sammit iştirakçılarına ünvanladığı məktubda bildirib.

"Qeyd etmək istərdim ki, tərəfdaşlarımız regional böhranların və kəskin sosial problemlərin, bütün terrorizm və ekstremizm hallarının aradan qaldırılması səylərində Rusiya Federasiyasının dəstəyinə və birgə fəaliyyətinə arxalana bilər", - deyə Putin sözlərinə əlavə edib.

Məktubda, həmçinin qeyd olunub ki, Rusiya və müsəlman ölkələri arasında münasibətlər ənənəvi olaraq dostluq və konstruktiv xarakter daşıyır.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı