Bu adi bir tədbir deyildir. Azərbaycan respublikasının prezidenti, Ali Baş komandan İlham Əliyev Azərbaycanda olan xarici ölkələrin səfirlərini Vətən müharibəsindəki qələbə ilə azad edilən tarixi Şuşa şəhərini görmək üçün dəvət etmişdir. Azərbaycan hökümətinin son zamanlarda həyata keçirdiyi mühüm tədbirlərdən biri də Azərbaycanda xarici ölkələrin diplomatik korpusunun və beynəlxalq təşkilatların nümayəndələrinin Vətən müharibəsin dəki qələbəmizlə azad olan Şuşaya səfərə dəvət etməsi idi.
Bu dəvətə cavab olaraq 9-10 iyul 2021-ci ildə Azərbaycanda olan onlarla səfir və diplomatlar təşkil edilən Şuşa səfərində iştirak etdilər. Lakin Şuşa səfərindəki rezonans doğuran cəhətlərdən biri ondan ibarət idi ki, üç ölkənin-ABŞ, Rusiya və Fransanın diplomatik missiyasının rəhbərləri və ya nümayəndələri Şuşa səfərində səbəbi bilinmədən iştirak etmədilər. Avstriya, Belarus, Bolqarıstan, Braziliya, Çin, Əfqanıstan, Əlcəzair, Fələstin, Gürcüstan, Xorvatiya, İordaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kolumbiya, Koreya, Qətər, Latviya, Macarıstan, Malayziya, Meksika, Mərakeş, Niderland, Pakistan, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya, Yunanıstan səfirləri, Belçika, BƏƏ, Çili, Estoniya, İraq, İran, Qazaxıstan, Litva, Liviya, Rumıniya, Slovakiya, Sudan və Venesuelanın müvəqqəti işlər vəkilləri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndələri səfərə qatılmışdılar.
Bu üç ölkənin prezidentin təşkil etdiyi Şuşa səfərinə qatılmaması- imtina etməsi əslində siyasi və diplomatik demarşdır. Diplomatik demarşı ondan görmək olar ki, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun rəhbəri-səfir onlar Azərbaycan hakimiyyətinin dəvətini qəbul etmədilər, Şuşaya yollanmadılar. ABŞ, Rusiya və Fransanın ölkəmizdəki səfirlərinin Şuşaya getməkdən imtina etmələri əslində ATƏT-in Minsk Qrupunda həmsədr olan üç ölkənin çox qəribə, hətta əcaib “birgə mövqe nümayişi”dir.
Təşkilatçılar və jurnalistlər bu məsələni aydlnlaşdırmağa çalışmışlar. Erməni məhəbbəti ilə məhşur olan Fransa səfirliyində “Turan” agentliyinin sorğusuna açıqlama verilməyib. “Fransa səfirliyi səfirin cədvəlini şərh etmir”-səfirliyin mətbuat xidmətinin cavabı belə olub. Bu, kimi cavablarla Fransa səfirliyinin hərəkətinin mahiyyətini açmaq mümkün olmadığı kimi gizlətmək də mümükün deyildir.
Hər halda jurnalistlər ABŞ və Rusiyanın da səfirləri Şuşa səyahətində iştirak etməməsi ilə əlaqədar suallarına cavab verməmişlər. Əslində burada əsas məsələ diplomatik korpusların rəhbərlərinin Şuşa səyahətində iştirak etməsi bir sıra çox mühüm səbəblər üzündən çox çətin bir missiyadır. Əslində dağıdılmış və xarabalığa çevrilmiş Qarabağ hər üç dövlətin nümayəndələrinin-həmsədrlərin daxil olduqları ATƏT Minsk qrupunun “şah əsərləridir.” Dünyanın heç bir yerində belə dağıdılmış, yeni yaradılmış “Xirosima” yoxdur. Qeyd olunan xarabalıqlarda öz ölkələrinin, həm də həmsədrlərinin izini görmək və o hissləri yaşamaq şox ağırdır. Onu daşımağın mümkün olmaması, səyahətdə iştirak edənlərin baxışındakı “nə üçün?” sualına cavab vermək çox ağır, əzici və mümkün deyildir. Güya Şuşa səfərində iştirak onların Minsk qrupu üzvlərinə “qorumalı olduqları neytrallığa kölgə salardı.”
Şox halda siyasiləri , o cümlədən jurnalistləri bir məsələ maraqlandırır. Doğrudanmı Şuşa səfərində ATƏTin həmsədrləri olan ölkələrin diplomatik korpusunun iştirak etməməsindəki “həmrəylik” təsadüfi, yoxsa daha dərin səbəbləri vardır. Sosiologiya, o cümlədən də siyasət gümanlar haqqında olan yanaşmalardan istifadə etməyə məcburdur. Hal hazırada beynəlxalq dairələrdə belə bir fikir hakimdir ki, indiki halda ABŞ ,Rusiya və Fransa səfirlikləri razılaşdırılmış şəkildə hərəkət ediblər. Razılaşdırılmış hətrəkət əslində mahiyyətində görüntü ilə təqdim olan etirazdır. “Biz sizin səfərinizdə iştirak etmək istəmirik” qısa və aydın.
Diplomatiyada səbəblər siyahısında ən çox istifadə olunan səbəb analaşılmaz ifadə olan “formal səbəb” yaxınlaşmasıdır. Formal səbəb dilçilikdə çox istifadə olunan yaxınlaşmadır. 30 ilə yaxın bir müddətdə ATƏT Minsk qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransanın Şuşa səfərində iştirak etməmək üçün formal səbəb axtarmaları əslində günahkarlılıq sindromundan başqa bir şey deyildir. Deməli. 30 il davam edən münasibət yenə də davam edir. Formal səbəb güya Qarabağ münaqişəsində “neytrallığı qoruyub-saxlamaq” istəyidir. Hansı neytrallığı? BMT-nin Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi haqqında 4 qətnaməsi ATƏT Minsk qrupu tərəfindən deyil, Azərbaycan tərəfindən yerinə yetirilmişdir. Azərbaycan üçün yeni status-heç bir statusun olmamasıdır. Postmünaqişə dövründə gözlənilən azad edilən ərazilərin ümumazərbaycan inzibati quruluşu və pasport sisteminə daxil olmasıdır.
Burada bir məsələnin də aydınlaşdırılmasına ehtiyac vardır. Fransanın Azərbaycanda olan diplomatik heyyətinin rəhbəri tədbirlərdə iştirakı ilə əlaqədar “səmimiyyət qanununa” görə cavab verməlidir. Lakin Fransa səfirliyinin əgər cavab yox cavabsızlıqla onu demək istəyir ki, rəsmi Paris əməlinə görə hansı bilinən və bilinməyən mülahizələrlə izahat verməyi də lazım bilmir. Lakin biz səfirdən şəxsi proqramını deyil, formal diplomatik münasibətlərin vacib sahəsi olan məsələləri soruşuruq.
Tərcümeyhal harada olmasından asılı olmayaraq çox qaçmaq mümkün olmayan faktlardır. Bütün bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin diplomatik tərcümeyhalındakı yollar dəfələrlə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən keçib. Güya xaricən Azərbaycan ərazisi olan işğal edilmiş ərazilərə səfər üçün Azərbaycana məlumat verib, dəfələrlə Qarabağa missiyalarına uyğun olaraq humanitar səfərlər ediblər. ATƏT Minsk qrupunun haylı küylü səfərlər təşkil edilən həmsədrlərin cip maşınların üzərində qaldırılan ağ bayraq da səfərdə niyyətin “ağ” olduğuna zəmanət vermir. Sonra məlum olurdu ki, ATƏT Minsk qrupunun həmsədrləri fəaliyyətlərinə “+” işarəsi qoymaları üçün bu səfərlər lazımdır. Sonra da məlum olurdu ki,-işğal altında olan torpaqların azad edilməsi kimi-müqəddəs missiyası olan ATƏT Minsk qrupunun əlahəzrət həmsədrləri səfərdə” erməni separatçıların liderləri ilə danışıqlar aparıblar.”(mətbuatdan)
Əlahəzrət, sizlərdə çox maraqlı bir deyim var. “Fakt qarşısında şlyapa çıxar” Torpaqların azad edilməsi missiyası ilə gələnlərin erməni seperatçıları ilə görüşərkən o zaman neytrallıq məsələsi ortaya çıxmırdı? ATƏT Minsk qrupunun həmsədrlərinin erməni separatçıları ilə “məsləhətləşmələri” Bakıdan heç də gizli qalmırdı. Sizin missiyanıza və neytrallığınıza inanıb icazə də verirdilər. Amma sizin missiyanızda humanizmdən çox amansızlıq indeksi çox yüksək idi. Sizin gözünüzün qabağında dağıdılan Qarabağı görmədik deyə bilməzsiniz. Ona görə ki, siz təmsil etdiyiniz təşkilatın gözü, dili və qulağı idiniz. Onların hamısı sıradan çıxmış ola bilməzdi. Tək siz deyilsiniz Avropadan gələn səlahiyyətlilər Ermənistan işğalında olan Qarabağa gəldikdə eynilə Qırmızı Xaçın bölgədəki işi kimi üç meymuna çevrilirdilər.
Çox maraqlı və tapmaca xarakterindədir ki, bu üç ölkənin diplomatları Füzuli, Zəngilan, Cəbrayıl,, Qubadlı Laçın və Ağdam rayonlarında səfərlərdə olublar. O səfərlərdə onlar ermənilərin dünyanın heç bir yerində analoqu olmayan vandalizmini görüblər. Bəlkə də ATƏT Minsk qrupunun təmsil etdikləri ölkələrdən olan həmsədrlərinin 30 il yarıtmaz işinə görə səfərə qatılan başqa ölkələrin səfirlərinin onlara istiqamətlənmiş “etmədilər?” sualları onları yandırıb yaxıbdı. Ona görə də bu kimi səfərlərə qoşulmağın onlara şərəf gətirmədiyini səyahət boyu hər addımda hiss edirdilər. Bu onlarada çox qüvvətli, altından çıxmaq mümkün olmayan günahkarlılıq hissi yaradırdı. Ona görə də azad edilmiş torpaqlara səfərlərdən çox qorxurlar. Dağılmış Qarabağ coğrafiyasında öz günahlarını da etiraf etməsələr də çox aydın görürdülər.
Axı, fövqəldövlətlər lazım olduqda Qarabağdan başqa, dünyanın hər hansı nöqtəsində olan “bəla mənbəyini” qısa bir müddətdə məhv edə bilirdilər. Təmsil etdikləri fövqəldövlətlər 30 il müddətində 30 dəfə erməninin qarşısını ala bilərdilər. Erməni himyədarlığı ilə əlaqədar suallar cavab ver bilmirdi və onları yandırıb yaxırdı. Bəlkə də ona görə də bu kimi səfərlərə qoşulmaq istəmirdilər.
Bəzən mətbuatda çox fərqli yanaşmalara rast gəlirik. Çox yaxşı ki, xəbərlərdə ABŞ, Rusiya və Fransanın Azərbaycanda olan səfirlərini “Şuşaya yollanmaqdan boyun qaçıran səfirlər” şəkilində çox mənalı formada adlandırırlar. Güya ABŞ, Rusiya və Fransanın Azərbaycanda olan səfirləri “Minsk Qrupunun həmsədrlərinin Ermənistanla münasibətlərini kəskinləşdirmək və ifrat sərinlətmək istəmirlər.”
Burada bir neçə məsələdən çox haqqlı olaraq bəhs edilmişdir. Tədqiqatçı cavab verməsə üçtündən keçə bilmir. “Minsk Qrupunun həmsədrlərinin Ermənistanla münasibətlərini kəskinləşdirmək” istəməmişlər. Səfirlərin məsələyə yaxınlaşması bu gün də təəccüb doğurur . Ona görə ki, ermənilər bundan 100 il sonra da ATƏT Minsk Qrupuna olan borclarını ödəyə bilməzlər. 30 ildir ki, dünyanın aparıcı dövlətlərinin fikrini ifadə edən ATƏT Minsk qrupu “günahları” bərabərləşdirərək heç bir iş görməmişdir.
BMT-nin 4 qətnaməsi monitorinq qrupunun hər səfərindədə çantada idi. Amma necə qoymuşdularsa elə də qaldı. Hətta bu gün də onların çantasındadır. Şuşaya səfər həll edilmiş məsələnin həllində heç bir əhəmiyyəti yox idi. Orada səfirlərin Ermənistana etirazı yox idi. Amma nə var idi. Azərbaycan prezidentinin dəmir yumruğunun izi hər addımda hiss olunurdu. Azrbaycanın azad olunmuş torpaqlarda cənnət diyar qurmaqla əlaqədar “Yol xəritəsi” var idi. Böyük Qayıdığın real olduğunu göstərən real quruculuq işləri var idi.
Bu quruculuq işlərə yaxın gələcəkdə Qarabağın bərpa olunacağından xəbər verir. Digər özlərinə haqq qazandırmaq üçün ABŞ, Rusiya və Fransa səfirləri güya Ermənistanla münasibətləri “ifrat sərinlətmək istəmirlər”. Bütün zamanlarda Ermənistana qucaq açmısınız və onu haqq etdiyi cəzalardan qorumusunuz. Haçan sizinlə Ermənistan arasında “sərinlik” olmuşdur ki, indi onun ifrat olmasını istəmirsiniz? Əslində gətilən faktlardan görünür ki, bütün real və xəyali variantlarda Ermənistanın üçlülərdən inciməsinin heç bir əsası yoxdur.
Çox maraqlıdır “səfirlərin İrəvana yarınmaq istəyi aydındır “ fikri necə bir məntiqin məhsuludur. Siyasi fəaliyyət konsentrasiyası, məntiqi və tez reaksiya düşünmək qabiliyyəti tələb olunur. Amma burada Ermənistan kimi xarici ianələr hesabına yaşayan bir işğalçı ölkənin.”qlobal hegemonluq” fəaliyyəti ilə məşğul olan ABŞ, Rusiya və Fransa dövlətlərinin səfirlərinin “İrəvana yarınmaq “ ehtiyacı haradan meydana çıxmışdır və nə ilə əlaqədar olduğu çox düşündürücüdür.
Azərbaycan prezidentinin azad olunmuş Şuşaya təşkil etdiyi səfərin Ermənistan respublikası ilə heç bir əlaqəsi yoxdur. Bunu siyasi cəhətdən savadsızlar bilməyə bilərlər. Lakin dünyanın aparıcı ölkələrinin diplomatik korpusunda işləyənlər hələ bu gün yox, Azərbaycana gəlməyə hazırlaşdıqda belə tariximizi məcburən öyrənmişdilər. Onlar tam dəqiq bilirdilər ki, Şuşa 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğal edilmiş əzəli Azərbaycan şəhəridir. Bu məsələ də onlara aydındır ki, Azərbaycan respublikasının prezidenti İlham Əliyev 2021-ci ili-Şuşanı-ölkəmizin mədəniyyət paytaxtı elan etmişdir. Şuşada istisnalar nəzərə alınmazsa heç vaxt ermənilər yaşamamışlar. Tarix boyu sakinlərin total əksəriyyəti azərbaycanlılar olmuşdur.
İşğalçı Ermənistan respublikasının Şuşaya heç bir tələbi ola bilməzdi. Mətbuatda bir məsələ dı düzgün qeyd edilir ki, qarabağlı ermənilər üçün də Şuşanın heç bir əhəmiyyəti yoxdur. Bütün bu qeyd olunanlar təsdiq edir ki, ABŞ, Rusiya və Fransanın Azərbaycan respublikasında olan səfirlərin Şuşa səfəri ilə əlaqədar siyasəti normal məntiqin təsdiqindən keçmir.
Dövlətlər böyük kiçikliyindən asılı olmayaraq bir-biri ilə münasibətlər qurmağa çalışırlar. ATƏT Minsk qrupunun həmsədrlərinin Ermənistan tərəfindən işğal edilmiş Qarabağ torpaqlarındakı fəaliyyətinin fərdiləşdirilməsi doğru olmazdı. Çox halda elə fikir yaratmağa çalışırlar ki, həmsədrlər yaxşı işləməmiş, 30 ildən bəri davam edən Ermənistan işğalında olan yerlər azad edilməmişdir. Yanaşma yanlışdır. Minsk qrupu həmsədrləri heç vaxt müstəqil hərəkət etməmilər. Onlar öz ölkələrinin təmsilçiləri olaraq fəaliyyət göstərmişlər. Onlar bacardıqlarını, bəlkə də istədiklərini deyil, ölkələrində müvafiq təşkilatların ona verilən təlimatını yerinə yetirməyə çalışmışlar.
Təzahür formasında asılı olmayaraq istənilən halda üç səfir diplomatik etiketi pozaraq çox kobud hərəkət etmişlər. Onların hamı tərəfindən demarş olaraq qəbul edilən hərəkətləri geniş müstəvidə müzakirə olunur və belə görünür ki, hələ uzun müddət də müzakirə olunacaqdır. Dövlətlərin münasibətləri çox gövrəkdir. Çoxları bu fikirdədir ki, “səfirlərin mənbəyi bəlli olmayan, çox sayda şübhələr olan demarşı Azərbaycanın ABŞ, Rusiya və Fransa ilə münasibətlərinə təsirsiz ötüşməyəcək.”
Hadisələri xəyali adlarla deyil, öz adı ilə çağırmaq lazımdır.ATƏT Mİnsk qrupunun Fransadan olan həmsədrindən bir şey gözləmək üşün sən həddən artıq idealist olmalısan. Dünya dövlətlərini tanımamalısan. Fransanın dövlətçilik pasportuna baxaq: Fransa qondarma “erməni soyqırımını” tanıyır.Ermənistanın dünyada fəaliyyətinə erməni diasporasının mövqeyindən yanaşır.
Amerika Birləmmiş Ştatlarının Azərbaycanın 44 günlük Vətən müharibəsindəki mövqeyini təhlil etsək məlum olarar ki, onun münasibətlərini fərqli şəkildə formalaşdıracaq cəhətlər də vardır. Ona görə ki, beynəlxalq hakim olan ABŞ Azərbaycanın Qarabağdakı Vətən müharibəsində izi görünmədi. Vətən müharibəsinin başa çatmasının tarixi sənədi olan kapitülyasiya aktında Rusiya, Ermənistan və Azərbaycanın imzası var idi. Buna görə də beynəlxalq ekspertlər bu fikirdədirlər ki, ABŞ faktiki olaraq Qarabağ problematikasının nizamlanması prosesindən tam kənarda qoyulmuşdu. Vətən müharibəsinin gedişində və qələbə ilə sona yetməsində Rusiyanın görünməsi də ABŞ-ın diplomatik qısqanclığının meydana çıxmasına təsir göstərə bilərdi. Amma diplomatik qısqanclıq var idisə ABŞ və Rusiya səfirlərinin demarş həmrəyliyinə nə ad vermək olar?
Vətən müharibəsi Ermənistanın işğalı altında olan tarixi Azərbaycan torpaqlarını azad etdi. BMT-nin işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi missiyası üçün yaranan Minsk qrupu vasitəçilik funksiyasını yerinə yetirə bilmədi. Vasitəçilik fünksiyasını yerinə yetirə bilmədi fikri hər üç dövlətdən olan vasitəçilərə aiddir. Vasitəçilərin etməli olduqlarını Azərbaycan yerinə yetirdi və “Qarabağ münaqişəsi” deyimini tarixə çevirdi. İndi nə ABŞ-dan, nə Fransada, nə Rusiyadan olan vasitəçilərə ehtiyac yoxdur. Rusiya Minsk qrupundan olan vasitəçi kimi deyil, Azərbaycan və Ermənistanla olan münasibətlərə görə yeni bir vasitəçi misyonu ilə meydana çıxmışdır.
Şuşa səfərinin təşkil edilməsinin heç bir gizli məqsədi yox idi. Qarabağ, o cümlədəb Şuşa azad olunduqdan sonra o yerlərə çox böyük maraq var idi. Əslində erməni vandalizmini görmədən Qarabağda olan dağıntıları təsəvvür etmək mümkün deyildir. Azərbaycan xarici səfirlərə mədəniyyət paytaxtı olan Şuşanın necə bir dağıntılara məruz qaldığını göstərmək istəyirdi. Azərbaycan rəsmiləri bütün zamanlarda Ermənistanın işğalçılığını bəyan edirlər. Ermənistanın terrorçuluğu nəticəsində əhali içərisində çox sayda qətllər var. Şəhərlər, kəndlər və qəsəbələrimiz darmadağın edilib. Qarşıda böyük Qayıdışla əlaqədar bərpa işləri həyata keçirilməlidir. Vətən müharibəsinin fəsadlarının aradan qaldırılmasında ATƏT-in Minsk Qrupunun həmsədrləri real, aktiv rol oynayaraq proseslərə öz töhfələrini verə bilərdilərlər.
Hal hazırda ABŞ, Rusiya və Fransanın Azərbaycanda olan səfirlərinin demarş həmrəyliyi daha gizli mətləblərdən xəbər verir. Uzun illər Minsk Qrupunda həmsədr olan ölkələr-ABŞ, Rusiya və Fransa savaşın fəsadlarının aradan qaldırılmasında fəaliyyətsizdirlər. Bundan başqa onlar regionda uzunmüddətli sülhlə stabilliyin bərqərar olunmasında o qədər maraqlı olduqları da görünmür. Son zamanlarda dünyanın müxtəlif xəbər kanallarında yayılan məlumatlardan görünür ki, Minsk Qrupu üçlüsü Azərbaycanla Ermənistan arasında davam edən qarşıdurma ilə bağlı vəziyyətin daha da gərginləşməsində maraqlıdırlar.
Şuşa səfəri ilə əlaqədar Azərbaycanda ABŞ, Fransa və Rusiyanın səfirlərinin demarş həmrəyliyi dövlətlərin mövcud siyasətinə elə də təsir göstərə bilməyəcəkdir. Lakin Minsk qrupu üçlüsünün təmsil etdiyi dövlətlərin də Azərbaycan siyasətində fərqli yanaşmalar vardır. Amerika və Rusiyanın Azərbaycanla münasibətləri normal olaraq davam edir. Fransanın Azərbaycan siyasətinin proqnozlaş dırılması da çətin deyildir. Hər dəfə imkan düşəndə Fransa erməni himayəçisi rolunda çıxış etdiyini sərgiləyir.
İllər boyunca Minsk qrupunun missiyası Qarabağ münaqişəsinin həllində 3 güc mərkəzinin regional maraqlarını balanslaşdırmaq idi. Artıq münaqişə həll olunub və bu missiya avtomatik aradan qalxıb. ATƏT-in Minsk qrupu münaqişə dövrünün təsisatı idi. Bu baxımdan ATƏT-in Minsk Qrupu üçün heç bir vəzifə qalmır və bu mövqe dəfələrlə bəyan edilib. ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina etməlidir. Artıq bunun vaxtı gəlib çatıb”.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan torpaqları ilə əlaqədar qətnamələrini yerinə yetirəndə həm də əlindən bir iş gəlməyən Minsk Qrupu həmsədrlərinin yanaşma tərzini, istinad nöqtələrini, bir sözlə – mövqelərini də məğlub etmişdi.
Azərbaycan prezidentinin dediyi kimi, “Sülh müqaviləsi yoxdursa, deməli, sülh də yoxdur”. Minsk qrupu “Qarabağın statusu” məsələsini aktual saxlamaqla bölgəni yenidən münaqişə dövrünə qaytarır Azərbaycan isə regionun postmünaqişə dövrünə adlaması üçün çalışır.
Şuşaya səfər edərək Saatlı, Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa məscidlərində, tarixi Şuşa Bəyannaməsinin imzalandığı ərazidə olub, şəhərin mərkəzi meydanında Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin “güllələnmiş heykəllərini ziyarət edib, Pənahəli xanın sarayının qalıqları olan əraziyə, Mehmandarovların malikanə kompleksinə, Qazançı kilsəsinə baxış keçiriblər
Digər işğaldan azad olunmuş rayon və şəhərlərə səfərlərdə olduğu kimi, Şuşa səfərinin də təşkil edilməsində əsas məqsədlərdən biri diplomatları işğal dövründə Ermənistanın bölgədə apardığı vandalizm aktları ilə tanış etmək və postmüharibə dövründəki bir neçə ay ərzində Azərbaycan dövlətinin apardığı abadlıq-quruculuq və təmir-bərpa işləri ilə tanış etmək idi.
Şuşa da daxil olmaqla heç bir ərazidə işğal dövründə ermənilər tərəfindən quruculuq işlərinin aparılmaması onu göstərir ki, bütün bu ərazilər ermənilər üçün yad olub. Ona görə də işğal dövründə onlar yalnız talanla məşğul olublar.
Professor Həsənbala Sadıqov
Azərbaycan respublikasının Əməkdar müəllimi