hemle

Vergi Xidmətindən toylarla bağlı AÇIQLAMA

Tarix:7-07-2021, 12:35
Baxış Sayı:259

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il iyulun 1-dən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla şənlik mərasimlərinin (toy, nişan, ad günü və s.) keçirilməsinə icazə verilib. Bu tədbirlərdə koronavirus infeksiyasına qarşı tələblərə nəzarəti təmin etmək məqsədilə müvafiq dövlət qurumları tərəfindən müntəzəm olaraq monitorinqlər keçirilir. Bunun üçün Daxili İşlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrindən ibarət monitorinq qrupları təşkil olunub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı Ülkər İbrahimli bildirib.

Onun sözlərinə görə, monitorinq qrupları şənlik mərasimlərinin keçirildiyi obyektlərdə Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə əməl olunması vəziyyətini araşdırır və zəruri qaydalara əməl olunmaması hallarının qarşısını alır: “Monitorinqlər zamanı şənlik mərasimlərinin keçirildiyi məkanlarda tələblərin ciddi pozulması müəyyən edilməyib, rast gəlinən bəzi hallar isə yerindəcə aradan qaldırılıb.

Qeyd edək ki, monitorinqlər zamanı yeni ailə quranlara hədiyyələr təqdim olunur, müvafiq qaydalar şənlik mərasimindən öncə bir daha toy və tədbirin keçirildiyi məkan sahiblərinin diqqətinə çatdırılır.

Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bir daha şənlik mərasimlərini təşkil edən vergi ödəyicilərinin və vətəndaşların nəzərinə çatdırır ki, Operativ Qərargahın müəyyən etdiyi qaydalar və şərtlərə əməl edilməli, dövlət qurumlarının sanitariya-gigiyena və karantin rejimlərinə nəzarət üzrə monitorinq qruplarının fəaliyyətinə şərait yaradılmalıdır. Monitorinq qruplarının məqsədi müvafiq qaydalara əməl edilməsinə, şənlik mərasimində iştirak edən şəxslərin sağlamlıqlarının qorunması üçün müvafiq mühitin yaradılmasına nəzarətin təmin edilməsidir”.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ