hemle

Ermənistan XİN-də daha bir qalmaqal - Səfirlər ölkədən buraxılmır

Tarix:30-06-2021, 13:33
Baxış Sayı:285

Ermənistanın keçmiş XİN rəhbəri Ara Ayvazyan tərəfindən təyin olunan və 1 iyula qədər təyinatları əsasında ölkələrinə getməli olan təxminən 10 diplomatın gedişi təxirə salınıb.

Bu barədə “Hraparak” nəşri məlumat verib.

“Təyinat nöqtələrinə 1 iyul tarixinə qədər çatmalı olan 10-a yaxın diplomatın gedişinin təxirə salındığı bildirilir. Keçmiş xarici işlər naziri Ara Ayvazyan onları müxtəlif ölkələrdə fəaliyyət göstərən Ermənistan səfirliklərində və diplomatik nümayəndəliklərində işləmək üçün təyin edib. Diplomatlar ailələri ilə birlikdə yola getməyə artıq hazır idilər: onlar biletləri alıb, buradakı mənzillərini kirayəyə verib, təyinat yerlərində mənzil kirayəyə götürüb və məktəblərdən uşaqların sənədlərini götürüblər. Hökumət təxminən 40-a yaxın şəxsin gedişini əngəlləyib.

Problem, əlbəttə ki, onlarda deyil, hakimiyyətin onları təyin edən Ara Ayvazyana qarşı mənfi münasibətindədir, hansı ki, o qədər qarşısıalınmazdır ki, dövlət büdcəsindən xərclədikləri pula görə peşman olmurlar. Xarici İşlər Nazirliyi bu cür qeyri-dövlət yanaşmasından təəccüblənir və əmrin ləğv olunacağına ümid edir”, - deyə nəşr qeyd edib.

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış