hemle

Prezident Hikmət Mirzəyevlə Zaur Məmmədovu da mükafatlandırdı

Tarix:24-06-2021, 12:37
Baxış Sayı:271

Prezident İlham Əliyev bu gün Azərbaycan Xüsusi təyinatlı qüvvələrinin komandanı, general-leytenant Hikmət Mirzəyev və Şuşanın ilk komendantı, general-mayor Zaur Cavanşiri (Məmmədov) mükafatlandırıb.

Hər iki general “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Komandan Hikmət Mirzəyev müasir hərb tariximizin ən önəmli simalarından biridir.

O, Biləsuvar rayonunda doğulub. “Aprel döyüşləri” və Vətən Müharibəsində aparılan hərbi əməliyyatların rəhbərlərindəndir. Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi vaxtı – ötən il oktyabr 17-də ona general-leytenant ali hərbi rütbəsi verib. H.Mirzəyev Kəlbəcər, Şuşa, Qubadlı, Füzuli və Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif olunub, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Vətən Müharibəsi qələbəsinə həsr edilən Zəfər paradında üç kolondan ibarət Xüsusi Təyinatlı Qüvvələrin parad heyətinə də komandan Hikmət Mirzəyev rəhbərlik edib.

XTQ komandanlarından biri, Cavanşirlər sülaləsindən olub Pənahəli xan nəslinin nümayəndəsi, “Zəfər paradı”nda meydanda “Zəfər bayrağı”nı daşıyan Zaur Məmmədov dekabrın 7-də general-mayor rütbəsi alıb.

Zaur Məmmədov qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını Azadlıq meydanına gətirən döyüş bayraqdarları qrupuna başçılıq edib.

Z.Məmmədov “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, Şuşanın və Füzulinin azad edilməsinə görə də mükafatlandırılıb.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı