hemle

SOCAR: “Heydər Əliyev adına zavodun modernizasiya layihəsində qəzasız 25 milyon adam-saat iş görülüb”

Tarix:8-06-2021, 20:22
Baxış Sayı:331

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernizasiyası çərçivəsində 25 milyon təhlükəsiz adam-saatlıq iş həcminə nail olunmasına həsr edilmiş tədbir keçirilib.

Bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin nümayəndələri, “SOCAR Downstream Management” şirkətinin rəhbərliyi və bu şirkətin Müşahidə Şurasının üzvləri, eləcə də layihənin əsas podratçılarından “Wood”, “Tecnimont”, “TR”, “Azfen”, “Prokon”, “Ustay” şirkətlərinin təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti R.Abdullayev qeyd edib ki, zavodun davamlı istismarını və AVRO-5 standartına cavab verən yanacaq məhsulları istehsalını təmin etmək məqsədi daşıyan modernizasiya və yenidənqurma layihəsi miqyas etibarilə nəhəng olmaqla yanaşı, həm də öz mürəkkəbliyi ilə fərqlənir: “Bu layihə gündəlik fəaliyyətini davam etdirən, strateji əhəmiyyətli məhsullar istehsal edən və yanğın-partlayış təhlükəli xüsusi diqqət tələb edən bir zavod təsərrüfatının ərazisində həyata keçirilir. Belə bir mürəkkəb iş şəraitində çalışmaq, əlbəttə ki, bizdən ikiqat diqqət və əzmkarlıq tələb edir. Bu mənada layihə çərçivəsində 25 milyon qəzasız adam-saat həcmində işin görülməsi uğurlu nəticədir. Müqayisə üçün deyim ki, bu, bir neçə il öncə tikilmiş “SOCAR Polymer” kompleksi və ya Karbamid zavodunun inşasına sərf edilmiş iş həcmindən çoxdur. Bu göstərici SOCAR-da əməyin təhlükəsizliyi məsələsinə verilən önəmin, uğurlu SƏTƏMM siyasətinin parlaq təzahürüdür”.

SOCAR-ın prezidenti bildirib ki, həm dənizdə, həm də quruda təhlükəsizlik qaydaları daha da təkmillləşdirilib, qəzalı vəziyyətdə olan əməliyyat sahələri ləğv edilib, yaxud yüksək standartlar səviyyəsində bərpa və təmir olunub, işçilərin fərdi təhlükəsizlik qaydalarına riayət edilməsi üzərində nəzarət daha da gücləndirilib. SOCAR bu istiqamətdə apardığı fəaliyyətlərdə nüfuzlu beynəlxalq neft-qaz təşkilatlarının qabaqcıl təcrübəsinə əsaslanır. Şirkətin Əməliyyatların Bütövlüyünün İdarəetmə Sisteminə (SOIMS) dair standart hazırlanıb və uğurla tətbiq olunur.

Sonra layihə komandasına, podratçılara sertifikatlar və hədiyyələr təqdim olunub.

Podratçı şirkətlərinin təmsilçiləri yaradılmış şəraitə və onların əməyinə verilən qiymətə görə minnətdarlıqlarını bildirib, SOCAR-la əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Sonda SOCAR rəhbərliyi, “SOCAR Downstream Management” şirkətinin Müşahidə Şurasının üzvləri və podratçı təşkilatların rəhbərləri mühüm uğur münasibəti ilə xatirə lövhəsinə imza atıblar.

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan