hemle

"258 min manat pulu şəxsən Rafiq Bayramova vermişəm" - İdarə rəisi

Tarix:8-06-2021, 19:39
Baxış Sayı:310

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Lətifə Mövsümova ifadə verib. O, təqsirləndirilən R.Bayramova yalnız 500 manat pul verdiyini deyib: "2019-cu ildə Novruz bayramını təbrik etmişəm".

Daha sonra Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quliyev ifadə verib. O, R.Quliyevə tabe olduğunu, sabiq nazir müavininə iki aydan bir 800-1000 manat pul verdiyini söyləyib: "Ümumilikdə ona 128 min manat pul vermişəm. Pulu da musiqi məktəblərindən yığırdım. Qaydalar bu cür idi".

Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Höccət Əsədullayev dindirilən zaman musiqi məktəblərindən pulları R.Bayramova verdiyini deyib: "Kurasiyamız onun əlində idi. Soruşmurdum niyə verməliyəm. 2017-ci ildən hər ay 9 min pul verirdim, 2019-cu ildən isə bu məbləğ daha da artdı. 2017-2020-ci ilədək 258 min manat pulu şəxsən özünə vermişəm".

Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliev keçmiş nazir müavini R.Bayramova 6 min manat, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev 48 650 manat, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov isə 500 manat dəyərində hədiyyə, 8 ay ərzində hər ay 500-1000 manat pul verdiyini vurğulayıb.

Məhkəmənin növbəti prosesi gələn həftə davam etdiriləcək.

İttihama görə, təqsirləndirilən şəxs ümumilikdə 1 milyon 800 min manat rüşvət alıb.(report.az)

Digər xəbərlər
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
14:00 Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
13:53 Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?