hemle

Ümumdünya Ətraf Mühit Günüdür - Azərbaycanda vəziyyət necədir?

Tarix:5-06-2021, 17:47
Baxış Sayı:304

5 iyun Ümumdünya Ətraf Mühit Günüdür.

Belə bir günün keçirilməsinə 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət xadiminin imzası ilə BMT-nin Baş katibinə ünvanlanan müraciət səbəb olub.

Onlar “ya biz çirklənməni qurtarırıq, ya da çirklənmə bizi qurtarar” adlı müraciətləri ilə bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə mesaj vermişdilər.

Bu günün qeyd olunması 16 dekabr 1972-ci ildə BMT Baş Assambleyasının 27-ci sessiyasında elan edilib.

Həmçinin Baş Assambleyanın bu sessiyasında BMT sistemində yeni təşkilat - BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılıb.

Hər il bu təşkilat tərəfindən Ümumdünya Ətraf Mühit Günü keçirilir. Builki Ümumdünya Ətraf Mühit Günü “Ekosistemin bərpası” mövzusuna həsr olunub və Birləşmiş Millətlər Təşkilatı “Ekosistemin Bərpasının On illiyini” elan edərək, sosial mediada #GenerationRestoration hərəkatını başladıb.

2021-ci il Ümumdünya Ətraf Mühit Günündən başlayaraq fərdlər, qruplar, hökumətlər, müəssisələr və təşkilatlar ekosistem deqradasiyasının qarşısını almaq və ya dayandırmaq, ekosistemi bərpa etmək və hamı üçün davamlı gələcəyi təmin etmək üçün qlobal bir hərəkatda qüvvələrini birləşdirə bilərlər.

Dünyanın köməyə ehtiyacı var. İqlimlə bağlı problemlər və qlobal istiləşmə, vəhşi təbiətin itirilməsi və ətraf mühitin çirklənməsi evimizi məhv etmək və bu gözəl planetimizi bizimlə bölüşən milyonlarla növün bir çoxunu yox etmək təhdidi yaradır. Ancaq müasir dünyada zərəri aradan qaldırmaq, dünyanı bərpa etmək üçün gücümüz və biliklərimiz var - Əgər indi hərəkət etsək!

Ekosistemlər yer üzündəki bütün canlı orqanizmləri, onların öz aralarındakı və ətraf mühit ilə olan qarşılıqlı əlaqələrini əhatə edir.

Bizlərə sabit bir iqlim və nəfəs ala bilməyimiz üçün təmiz hava, su, qida və hər növ material təchizatı, fəlakət və xəstəliklərdən qorunma kimi əvəzsiz faydalar verir.

Təbii ekosistemlər fiziki, zehni sağlamlığımız və şəxsiyyətimiz üçün vacibdir. Bunlar qiymətli vəhşi təbiətin vətənidir, çoxlarımız üçün heyrət və ilham mənbəyidirlər. Ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması ölkəmizdə də əsas prioritetlərdəndir.

Bu məsələlər bir sıra qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycanın Konstitusiyasında sözügedən hüquq sahəsi bir neçə maddə və müddəalarla öz əksini tapıb.

39-cu maddə hər bir vətəndaşın sağlam ətraf mühitdə yaşamaq hüququnu tənzimləyir.

SOCAR ölkəmizdə vüsət alan ekoloji hərəkatın liderlərindən biri kimi ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin olunması məsələlərinə daim böyük diqqət göstərir.

Neft-qaz yataqlarında planlı və davamlı ekoloji tədqiqatlar aparılır, alınan nəticələr ümumiləşdirilir.

Müqayisə və təhlillər göstərir ki, SOCAR-ın dənizdə və quruda yerləşən fəaliyyət sahələrində ətraf mühitin keyfiyyət göstəricilərinin dəyişmə tendensiyası müsbət istiqamətdə davam edir.

Şirkət tərəfindən neft və neft məhsulları ilə çirklənmiş böyük sahədə ərazilər rekultivasiya olunaraq təmizlənib, yeni ağac və kol bitkiləri əkilərək yaşıllıqlar salınıb.

Ətraf mühitə təsir edən əsas amillərdən biri də hasilat zamanı formalaşan səmt qazı tullantılarıdır.

SOCAR Dünya Bankının “2030-cu ilə qədər səmt qazının normal hasilatı prosesində yandırılmanın sıfıra endirilməsi” təşəbbüsünə qoşulub.

Belə ki, şirkət artıq səmt qazı atqılarını 2 faizə endirib, 2022-ci ildə bu növ emissiyaları sıfıra endirməyi hədəfləyir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Paris İqlim Sazişini imzalamış ölkələr sırasındadır. SOCAR bu sənədə əsaslanaraq əsas ekoloji göstərici olaraq “sıfır tullantı” prinsipini qəbul edib və Paris İqlim Sazişinin öhdəliklərini icra etmək qərara alınıb.

Ətraf mühitin mühafizəsi istiqamətində SOCAR daim müxtəlif tədbirlər görür və yeni layihələr hazırlayır. “Hədəf Sıfır” (Vision Zero) layihəsinin də hazırlanması uğurla davam etməkdədir. Azərbaycanın neft sənayesində fəaliyyət göstərən xarici tərəfdaşlar da ətraf mühitin qorunması layihələrində SOCAR-la birlikdə effektiv fəaliyyət göstərirlər.

Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə hamımızı birləşdirən ortaq dəyərlərimiz olmalı və bu dəyərləri qorumalı olduğumuzu unutmamalıyıq. Yaşadığımız mühitə birlikdə dəyər verib, təbiətimizi-evimiz kimi qəbul edib, ona qayğı ilə yanaşaraq bu günün və gələcək nəsillərin daha sağlam, təmiz və yaşıl ətraf mühitdə yaşamaları üçün əlimizdən gələni etməliyik.

Digər xəbərlər
10:05 Türkiyədən dünyanı silkələyən addım: Son dərəcə məxfi hazırlanıb - Okeanda sınaqdan keçiriləcək
10:02 Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
10:01 Təcili: Dağıdıcı raketlərin Ermənistana çatdırıldığı təsdiqləndi - VİDEO
09:43 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?
09:40 Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?
09:28 Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et
09:25 Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?