hemle

Türkiyədə karantinlə bağlı yeni qaydalar - Siyahı

Tarix:31-05-2021, 22:49
Baxış Sayı:339

Türkiyədə karantin qaydaları ilə bağlı yeniliklər açıqlanıb.

Bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama ilə çıxış edib.

Prezidentin açıqladığı yeni qaydalar belədir:

İyun ayı ərzində küçəyə çıxma məhdudiyyətləri həftəiçi və şənbə günü axşam saat 22:00-dan səhər saat 05:00-dək tətbiq olunmağa davam edəcək.

Bu məhdudiyyət həftəsonu – şənbə günü 22:00-dan bazarertəsi səhər 05:00-dək, yəni bazar gününü tam əhatə edəcək şəkildə tətbiq olunacaq.

İyul ayında bu məhdudiyyət müddətləri yoluxma və ölüm saylarındakı dəyişikliyə, vaksinasiyadakı irəliləyişə görə yenidən müəyyənləşdiriləcək.

İctimai iaşə obyektləri 07:00-21:00 arasında müəyyən qaydalara uyğun olaraq yerində xidmət göstərəcək, saat 00:00-a qədər çatdırılma xidməti mümkün olacaq.

Bu məkanlarda küçəyə çıxma məhdudiyyəti olan bazar günü isə sadəcə çatdırılma ilə xidmət göstəriləcək.

Qəhvəxana, kafe, çay evləri, qapalı idman salonları və qapalı stadionlar, lunapark kimi müəssisələr qadalar çərçivəsində bazar günü istisna olmaqla, saat 07:00-21:00 arasında işləyəcək.

Universitetlərin 2021-2022-ci tədris ili 13 sentyabrda başlayacaq.

Açıq və qapalı məkanlardakı nikah mərasimləri və nikah şəklindəki toy mərasimləri müəyyən şərtlər daxilində iyunun 1-dən etibarən keçiriləcək.

İctimai qurumlardakı sərbəst iş tətbiqi yeni bir qərara qədər davam edəcək.

İdman klubları ümumi qaydalarını iyunun ilk günündən etibarən, digər qurumlar isə ayın ikinci yarısından həyata keçirə biləcəklər.

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış