hemle

“YAŞAT” Fonduna 1 milyondan çox vəsait köçürülüb

Tarix:31-05-2021, 18:26
Baxış Sayı:275

Bu gün “YAŞAT” xeyriyyə marafonunun başa çatması ilə əlaqədar mətbuat konfransı keçirilib.

hemlemedia.az xəbər verir ki, tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev və “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov iştirak ediblər.

29 aprel tarixindən start verilən marafon Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin və "YAŞAT" Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə reallaşdırılıb.

“YAŞAT” Fonduna 1 milyondan çox vəsait köçürülüb

“Qələbəni bizə yaşadanları birlikdə yaşadaq” şüarı altında keçirilən marafonun məqsədi yaralananlara və şəhidlərimizin ailələrinə dəstək məqsədi ilə dünya azərbaycanlılarını dəmir yumruq ətrafında birləşdirmək olub.

25 may tarixində marafon videoyayım formatında Azərbaycan Televiziyasında (AzTV) nümayiş etdirilib. Yayım zamanı müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə bağlantılar təşkil edilib, şəhidlərimizin ailələri, Vətən müharibəsi qəhrəmanları və yaralananlarımız çıxış ediblər.

Yayım zamanı marafonda iştirak üçün xaricdən 45 çağırış səsləndirilib, 11 skype bağlantısı reallaşıb. Eyni zamanda “YAŞAT” Fondu tərəfindən qısa müddətdə görülən işlər və 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan diasporunun fəaliyyəti barədə hesabatlar təqdim olunub.

Ümumilikdə marafona start verildiyi 29 aprel tarixindən bu günə qədər 1 000 000 manatdan artıq vəsait toplanıb. Xaricdən, diaspor nümayəndələrimiz sırasından ən çox ianə edən ölkələrin ilk beşliyində isə müvafiq olaraq Türkiyə, Ukrayna, Rusiya, Böyük Britaniya, İsrail yer alıb.

Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycanı sevən insanların xeyriyyə marafonunda fəal iştirakının təmin olunmasında son 3 ildə müxtəlif ölkələrdə yaradılan Koordinasiya Şuraları və Azərbaycan evləri ciddi rol oynayıb.

Xarici mediada xeyriyyə marafonu ilə bağlı 50-dən çox material dərc olunub, sosial şəbəkələrdə, xüsusilə teleqram kanallarında yayılan yüzlərlə məlumatın 10 minlərlə insana çatması təmin olunub.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ