hemle

Zəngilanda yeni hərbi hissənin açılışı oldu

Tarix:29-05-2021, 11:13
Baxış Sayı:397

May ayının 28-də Zəngilan rayonu ərazisində Dövlət Sərhəd Xidmə­tinin (DSX) yeni hərbi hissə kompleksi xidməti-döyüş fəaliyyətinə başlayıb.

Bu barədə DSX-dən məlumat verilib.

Bununla əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən Dövlət Sər­həd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev xalqımzın dövlətçilik tarixinin şanlı səhifələrindən olan "28 may - Respublika günü" və yeni hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə şəxsi heyəti təb­­rik etmişdir.

Azər­baycan tarixinin ən böyük sərkərdəsi olan Azərbaycan Res­publika­sının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin şəxsi iradəsi, cəsarəti, müdrik siyasəti və dövlətçilik ba­ca­rığı, böyük Vətən sevgisi, xalqımızın bir yumruq kimi onun ətra­fında birləş­məsi sayəsində düşmən üzərində Tarixi Zəfərin əldə olunması vurğulan­mış, Ali Baş Komandanın öz şəxsi nümunəsi ilə hərbiçi­lərimizi qəhrəmanlıq və rəşadət dastanı yazmağa ruhlandırması bildiril­mişdir.

Vətən müharibəsi zamanı Ali Baş Komandan tərəfindən Dövlət Sər­həd Xidməti qarşısında qoyulmuş döyüş tapşırıqlarının hamısının uğurla icra olunduğu, döyüş əməliyyatlarının gedişində Azərbaycan sərhədçilərinin igidlik və qəhrəmanlıq nümunələri göstərmələri, hazırkı təd­birin baş tutduğu ərazilərdə düşmənə sarsıdıcı zərbələr endirmələri, yüz­lərlə canlı qüvvəsini məhv etmələri, çox­saylı silah-sursatını qənimət kimi götürmələri qeyd olunmuşdur.

Aprel ayının 26-da Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmə­tinin yeni hərbi hissəsinin açılışı zamanı şəxsi heyət qarşısında çıxışında Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən Müharibəsində Dövlət Sərhəd Xidmətinin iştirakına yüksək qiymət verməsinin Azərbaycan sərhədçilərini daha da ruhlandırması xüsusi vurğulanmışdır.

Ölkəmizin ərazi bütövlüyünün bərpasından sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçu­ların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kom­pleks tədbirlərin sürətlə davam etdirildiyi, görülən işlər çərçivəsində növbəti hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlamasının sərhəd müha­fi­zə­sinə ali dövləti diqqətin növbəti təzahürü olması bildirilmişdir.

Vətən müharibəsində əldə edilmiş təcrübənin qarşıda duran tapşırıq­ların daha yüksək səviyyədə icra şəraitini yaratması, Azərbaycan sərhədçi­lərinin işğaldan azad olun­muş ərazilərdə xidmətlərilə qürur duymaları və daima Azərbaycan Respublika­sının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında şərəflə xidmət edəcəkləri, Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanacaqları xüsusi qeyd olunmuşdur.

Tədbir çərçivəsində Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Xocəvəndin, Su­qovuşanın və Şuşanın azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən təltif edilmiş hərbi qulluqçuların orden və medalları təqdim olunmuş, döyüş əməliyyatlarının iştirakçılarına, ümumi qə­ləbənin əldə olunmasında zəhməti olan bütün şəxsi heyətə, hərbi hissənin inşasında iştirak etmiş heyətə minnətdarlıq bildirilmişdir.

Açılış mərasimindən sonra hərbi hissədə qərargaha, xidməti və inzi­bati otaqlara, zabit heyəti üçün yaşayış evlərinə, əsgər yataq­xanası, yemək­xana, hamam-camaşırxana, ərzaq, əşya və silah anbarlarına, avtomobil parkına və digər yerlərə, döyüş texnikasına və silah-sursatlara baxış keçirilmişdir.

Tədbirin sonunda şəxsi heyətlə birgə nahar edilmiş və xatirə foto­şəkilləri çəkilmişdir.

Digər xəbərlər
10:05 Türkiyədən dünyanı silkələyən addım: Son dərəcə məxfi hazırlanıb - Okeanda sınaqdan keçiriləcək
10:02 Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
10:01 Təcili: Dağıdıcı raketlərin Ermənistana çatdırıldığı təsdiqləndi - VİDEO
09:43 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?
09:40 Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?
09:28 Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et
09:25 Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?